AVRO-2024: Millimizin son oyunlarının stadionu və başlama saatı müəyyənləşib
Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsində noyabrın 16-da İsveç və 19-da Belçika yığmalarına qarşı keçirəcəyi oyunların stadionu və başlama saatı məlum olub.

Skandinaviya təmsilçisi ilə görüş Tofiq Bəhramov adına Respublika stadionunda, “qırmızı şeytanlar”la qarşılaşma isə “King Baudouin Stadium”da təşkil olunacaq.

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 88 dəfə oxundu.