Lionel Messi peşəkar karyerasının sonu ilə bağlı sualı cavablandırıb
"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi futbolçu karyerasının mümkün sonu ilə bağlı sualı cavablandırıb.

“Düzünü desəm, hələ pensiya haqqında düşünmürəm. Oynamağı, meydanda olmağı, yarışmağı və məşq etməyi xoşlayıram. Daha nə qədər oynayacağımı bilmirəm, amma bacardıqca bundan zövq almağa çalışacağam. Düşünmək, təhlil etmək və seçmək üçün vaxt var. Bu gün ən vacib şey geridə qalandan həzz almaqdır”, - deyə Messi bildirib.

Qeyd edək ki, Messi yay transfer pəncərəsində “İnter Mayami”yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Argentinalı hücumçu əvvəllər PSJ və “Barselona”da çıxış edib.

Xəbər 94 dəfə oxundu.