Cüdo üzrə dünya çempionatında Azərbaycan finalı olacaq
Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatının ilk günündə iki cüdoçumuz finala çıxıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, oğlanlar arasında 50 kiloqram çəki dərəcəsində yarımfinalda rəqiblərini məğlub edən Məhəmməd Məmişov və Nihad Məmişov həlledici qarşılaşmada üz-üzə gələcəklər.

İdmançılarımız finala gedən yolda müvafiq olaraq, gürcüstanlı Şota Baçoşviliyə, qazaxıstanlı Nurbol Askara qalib gəliblər.

Xəbər 141 dəfə oxundu.