“Araz-Naxçıvan” Çempionlar Liqasına böyükhesablı qələbə ilə başlayıb
“Araz-Naxçıvan" komandası futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

Azərbaycan çempionu A qrupundakı ilk sınağında Türkiyənin "İstanbul Şişli" klubu ilə qarşılaşıb. Latviyanın Salaspils şəhərindəki eyniadlı idman arenasında keçirilən görüş təmsilçimizin 9:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qrupun digər matçında ev sahibi ölkənin təmsilçisi “Riqa” Almaniyanın “Yan Reqensburq” kollektivini sınağa çəkəcək.

UEFA Çempionlar Liqası

İlkin seçmə mərhələ

A qrupu, I tur

23 avqust

15:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “İstanbul Şişli” (Türkiyə) – 9:1

Qollar: Katatau, 3:25, Xətai Bağırov, 5:53, Lazar Milosavlyeviç, 15:49, Amadeu, 21:35, 22:49, 30:05, İsa Atayev, 27:29, 33:05, Erik Dannilo, 35:52 - Sadettin Çamcı, 39:10

Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).

Timekeeper: Kiazo Leladze (Latviya).

Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna).

UEFA nümayəndəsi: Massimo Nanni (San-Marino).

Salaspils. Salaspils İdman Arenası.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda ikinci oyununu avqustun 24-də “Yan Reqensburq”a qarşı keçirəcək.

Xəbər 94 dəfə oxundu.