Villi Qrill: Azərbaycan beynəlxalq yarışları çox yüksək səviyyədə təşkil edir
Bəzi növlər üzrə yarışlar başa çatdığı üçün atletlərin bir qismi artıq Azərbaycanı tərk edib.

Bu sözləri açıqlamasında Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill Bakıda keçirilən dünya çempionatı barədə danışarkən deyib.

Baş katib səngər atıcılığı üzrə mübarizənin isə davam etdiyini bildirib: “Hazırda idmançılar tapançadan 25 metr məsafəyə atəş, tüfəngdən atəş və stend atıcılığı üzrə 40 lisenziya uğrunda mübarizə aparırlar. Qeyri-olimpiya növlərində 137 kişi və 79 qadın qüvvəsini sınayır”.

O, Azərbaycanın beynəlxalq yarışları yüksək səviyyədə təşkil etdiyini vurğulayıb: “Ölkəniz yarışların təşkilatçılığı baxımından çox mükəmməl bir sferadadır. Bakı Atıcılıq Mərkəzi olduqca unikal məkandır. Buradakı “Kristal Hall”dan dünyanın heç bir yerində yoxdur. Bakı şəhəri isə çox möhtəşəmdir”.

Xəbər 106 dəfə oxundu.