Azərbaycan millisinin sabiq futbolçusu Kosovo klubuna keçib
Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev Kosovonun “Lapi” komandasına keçib.

31 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Təcrübəli oyunçu ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Qarabağ” və “Sumqayıt”ın, Yunanıstanda “Panionios”, Kiprdə “Anortosis” və “Etnikos”, Türkiyədə “Boluspor” komandalarının formasını geyinib.

Onun son klubu isə 2021/22 mövsümündə çıxış etdiyi "Sumqayıt" olub.

Xəbər 82 dəfə oxundu.