Azərbaycanın daha bir pauerliftinqçisi dünya çempionu olub
Azərbaycanın daha bir pauerliftinqçisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iki qızıl medal qazanıb.

Zəhra Dadaşova (55 kiloqram) ən yaxşı nəticəyə (78 kiloqram) və başı üzərinə qaldırdığı ümumi çəkiyə görə (223 kiloqram) fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, mundialda daha əvvəl Leyla Kərimova (+86 kiloqram) qızıl, Talıb Zeynalov (+107 kiloqram) isə gümüş medala layiq görülüb.

Xəbər 93 dəfə oxundu.