Elvin Bədəlov “Sumqayıt” klubunun heyətində 1️00–cü oyununu keçirib
Azərbaycan Premyer Liqasının üçüncü turunun “Qəbələ” ilə qarşılaşması “Sumqayıt” komandasının futbolçusu Elvin Bədəlov üçün əlamətdar olub.

28 yaşlı müdafiəçi bütün turnirlər daxil olmaqla “gənclik şəhəri” təmsilçisinin heyətində 100-cü oyununu keçirib.

Bu görüşlərin 86-sı Premyer Liqa, 11-i Azərbaycan Kuboku, 3-ü isə avrokuboklara təsadüf edib. Elvin Bədəlov bu oyunlarda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 102 dəfə oxundu.