“Kəpəz” klubu növbəti transferini açıqlayıb
Transfer fəaliyyətini davam etdirən “Kəpəz” komandası daha bir futbolçunun keçidini həll edib.

Klubdan verilən məlumata görə, seneqallı Latir Fal bundan sonra Gəncə təmsilçisinin şərəfini qoruyacaq.

Onunla ikiillik (1+1) müqavilə imzalanıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən Falın son klubu Portuqaliya "Eştrela"sı olub.

Xəbər 82 dəfə oxundu.