AFFA Hakimlər Komitəsinin sədri UEFA-dan yeni təyinat alıb
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan növbəti təyinat alıb.

O, Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyada “Harts” və Yunanıstan PAOK-u arasında keçiriləcək ilk oyunun hakim-inspektoru olacaq.

Türkiyəli keçmiş referi sözügedən matçda Andris Treymanisin başçılıq etdiyi latviyalı hakimlər briqadasının işinə qiymət verəcək.

Qeyd edək ki, avqustun 24-də keçiriləcək görüş saat 22:45-də başlayacaq.

Xəbər 83 dəfə oxundu.