Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Koreyanın Çunçeon şəhərində keçirilən dünya açıq çağırış turnirində qızıl medal qazanıb.

Milli Paralimpiya Federasiyasından verilən məlumata görə, idmançımız 70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, İmaməddin Xəlilov daha əvvəl Niderlandın Rotterdam şəhərində təşkil olunmuş Avropa çempionatında qalib olub.

Xəbər 169 dəfə oxundu.