“Sabah” klubu Premyer Liqada yubiley qoluna imza atıb
“Sabah” klubu Azərbaycan Premyer Liqasında 100-cü ev qoluna imza atıb.

Yubiley qolunun müəllifi Boyan Letiç olub.

O, ölkə çempionatının III turunda fərqlənib. Letiç “Neftçi” ilə görüşdə (1:1) komandasının yeganə qoluna imza atıb.

2018/19 mövsümündən Premyer Liqada mübarizə aparan “Sabah” 100-cü qolu 71-ci matçda vurub. Paytaxt klubunun orta məhsuldarlığı 1,41-dir.

Qeyd edək ki, “Sabah” çempionatın tarixinə öz meydanında 100 və daha çox qol vuran 22-ci komanda kimi düşüb.

Xəbər 95 dəfə oxundu.