“Neftçi” klubu tarixində ikinci dəfə mövsümə qələbəsiz seriya ilə başlayıb
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə ilk üç oyununda qələbə qazana bilməyən “Neftçi” tarixində ikinci dəfə belə uğursuz seriya yaşayıb.

ilk turda “Kəpəz”ə 0:1 hesabı ilə uduzan bakılılar “Səbail” və “Sabah”la matçlarda bərabərliklə kifayətlənib – hər ikisi 1:1.

Üç qarşılaşmada 2 xal toplayan “ağ-qaralar” 1992-ci ildən daimi iştirakçısı olduğu çempionatda bunadək bir dəfə belə startla üzləşib. 2017/18 mövsümünün ilk üç qarşılaşmasında “Neftçi” qələbə qazanmayıb. 6 il əvvəl “Qarabağ”a 1:2, “Səbail”ə 0:1 hesabı ilə uduzan komanda “Kəpəz”lə qolsuz heç-heçə edib.

Xəbər 65 dəfə oxundu.