Avstriya atıcısı Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
Pnevmatik tüfəngdən 50 m məsafəyə 3 mövqedən atəş üzrə kişilər arasında yarışda Avstriya təmsilçisi Aleksander Şmirl qızıl medal qazanaraq atıcılıq üzrə dünya çempionu tituluna yiyələnib.

Bu barədə Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.

Çexiyalı Pyotr Nimburski 459.2 xalla gümüş medal sahibi olub. Yarışın bürünc medalı 450 xal toplayan hindistanlı Akhil Şeorana çatıb. Hindistanlı oyunçunun öz ölkəsinə Olimpiya lisenziyası qazanmasını Beynəlxalq Olimpiya Komitəsi də xəbər edib. “Paris-2024”ə digər lisenziyaları öz ölkələrinə Avstriya, İsveçrə və Finlandiya atletləri qazandırıblar.

Xəbər 132 dəfə oxundu.