“Neftçi” klubu Melilya mərhələsinin qalibi olub
İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsi avqustun 19-da yekunlaşıb.

Melilya mərhələsinin final oyununda təmsilçimiz "Neftçi", ev sahibi İspaniya millisi ilə qarşılaşıb. Gərgin və maraqlı oyunun yekununda "Neftçi" rəqibinə 13-12 hesabı ilə qalib gələrək, Melilya mərhələsinin çempionu olub.

"Neftçi" nin üzvü Bryana Freyzer isə Melilya mərhələsinin ən dəyərli oyuncusu (MVP) mükafatını qazanıb.

Qeyd edək ki, Dünya Qadın Seriyasında 3x3 qadın millimiz və "Neftçi" nin növbəti oyunları avqustun 22-də doğma Bakımızda baş tutacaq.

Xəbər 105 dəfə oxundu.