Daha iki cüdoçumuz Zaqreb Qran-Prisində mübarizəyə başlayır
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri turniri davam edir.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışın ikinci günündə daha iki cüdoçumuz mübarizə aparacaq.

Kişilər arasında 73 kiloqram çəki dərəcəsində Rəşid Məmmədəliyev, qadınlar arasında isə 70 kiloqramda Südabə Ağayeva tatami üzərinə çıxacaq.

Qeyd edək ki, Zaqreb Qran-Prisinə avqustun 20-də yekun vurulacaq.

Xəbər 93 dəfə oxundu.