Çempionlar Liqası: Mahir Emrelinin komandası bu gün cavab oyununa çıxacaq
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Bununla da pley-offun bütün iştirakçıları bəlli olacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Yunanıstanda AEK-in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Komandalar arasında keçirilmiş ilk matçda Afina təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində Belçikanın “Antverpen” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, AEK – “Dinamo” görüşü avqustun 8-də keçirilməli olsa da, azarkeş ölümünə görə təxirə salınmışdı.

Xəbər 96 dəfə oxundu.