Rumıniya-Azərbaycan oyununa təyinatlar açıqlanıb
Futzal üzrə 2024-cü il dünya çempionatının elit-raund mərhələsi çərçivəsində keçiriləcək Rumıniya-Azərbaycan oyununa təyinatlar açıqlanıb.

Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Hakimlər: Admir Zahoviç, Aleş Mocnik Peric, Dejan Veselic (Sloveniya)

Hakim-inspektor: Angelo Galante (İtaliya)

UEFA nümayəndəsi: Zoran Dimic (Serbiya).

Xəbər 69 dəfə oxundu.