Azərbaycan Premyer Liqasında üçüncü tura tarixi derbi ilə start verilib
Futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü tura start verilib.

Açılış oyununda “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Gəncə şəhər stadionunda keçirilən tarixi qərb derbisi qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Tovuz təmsilçisinin heyətində qolları 18-ci dəqiqədə Martin Petkov və 21-ci dəqiqədə Belaydi Pusi vurublar.

Bu nəticədən sonra xallarını altıya çatdıran “Turan Tovuz” ilk pilləyə yüksəlib. Ardıcıl ikinci məğlubiyyətini alan “Kəpəz” isə üç xalla yeddinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun "Qəbələ" - "Sumqayıt" və "Səbail" - "Zirə" oyunları avqustun 19-da, "Qarabağ" - "Araz-Naxçıvan" və "Sabah" - "Neftçi" görüşləri isə avqustun 20-də keçiriləcək.

Xəbər 81 dəfə oxundu.