Parapauerliftinq üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
Parapauerliftinq üzrə Azərbaycan milli komandası bu ay Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubayda gənclər və böyüklər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, yarışda yığmamızın səkkiz üzvü qüvvəsini sınayacaq.

Kişilərin mübarizəsində Pərvin Məmmədov (49 kiloqram), Ceyhun Mahmudov (54 kiloqram), Rəsul Zəkiyev (80 kiloqram), Nurlan Babacanov (107 kiloqram), Şamo Aslanov və Talıb Zeynalov (hər ikisi +107 kiloqram) medal qazanmağa çalışacaq.

Qadınların yarışında isə Zəhra Dadaşova (55 kiloqram) və Leyla Kərimova (+86 kiloqram) mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatı 22-30 avqust tarixlərində keçiriləcək.

Xəbər 118 dəfə oxundu.