Türkiyəli idmançılar Bakıdakı dünya çempionatında bürünc medal qazanıblar
Türkiyə komandasının üzvləri Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında medal qazanıblar.

Şevval İlayda Tarhan və Yusuf Dikeç cütlüyü gümüş mükafata sahib çıxıb.

Eşa Sinqh və Şiva Narval (Hindistan) cütlüyü birinci, C.Ranxin və J.Boven (Çin) cütlüyü isə üçüncü yeri tutub.

Xəbər 97 dəfə oxundu.