Eddi İsrafilov: Uzun müddət ayağımdakı zədə ilə oynadım
“Neftçi”-nin 31 yaşlı yarımmüdafiəçisi Eddi İsrafilov 3-4 həftədən sonra fərdi məşqlərə başlayacaq.

Futbolçunun diz oynağında artroskopik olaraq meniskdə təmizlənmə əməliyyatı aparılıb.

Eddi İsrafilov bununla bağlı klubun rəsmi saytına açıqlama verib: “Uzun müddət menisk yırtığı ilə oynayırdım. Daha ağrıya dözə bilmədim və meniskdə təmizlənmə əməliyyatı aparıldı. Zədələrim fərqli zədələr deyildi, həmişə eyni zədə olub. Buna baxmayaraq ağrıkəsicilərdən istifadə edərək oynamağa davam edirdim. Tezliklə zədəmi bərpa edib və bu mövsümdə qarşımıza qoyulan məqsədlərə çatmaq üçün komandaya kömək etmək istəyirəm”.

Xəbər 83 dəfə oxundu.