Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında ilk oyununu keçirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında mübarizəyə başlayacaq.

Ataman Güneyligilin başçılıq etdiyi kollektiv C qrupundakı ilk oyununda Çexiya yığması ilə qarşılaşacaq.

Almaniyanın Düsseldorf şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu qrupun digər matçında Türkiyə seçməsi İsveçi sınağa çəkəcək.

Qeyd edək ki, C qrupunda Azərbaycan, Çexiya, Türkiyə və İsveçlə yanaşı, Almaniya və Yunanıstan komandaları da mübarizə aparacaq. Sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk 4 pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.

Xəbər 108 dəfə oxundu.