Super Liqanın II turunu idarə edəcək hakimlərin adları açıqlanıb | |
Noyabrın 3-də keçiriləcək Super Liqanın II turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Baş tutacaq matçlara beynəlxalq dərəcəli referilərimizin hamısı təyinat alıb. Onlardan Eldar Zülfüqarovla Vüqar Cəfərov turun mərkəzi - “Rabitə” – “Lokomotiv” matçını idarə edəcək. Konstantin Selin isə “Telekom”la “Bakı-Azəryol”un duelində əsas fit sahibi olacaq. 3 noyabr Super Liqa II tur 15:00. “İQTİSADÇI” – “LOKOMOTİV-BİLƏCƏRİ” Hakimlər: Zaur Hacıyev, Ceyhun İsmayılov Xətt hakimləri: Cəlil Cəlilov, Ruhid Xəlilov, Yana Kuznetsova, Fuad Hacıyev 17:00. “TELEKOM” – “BAKI-AZƏRYOL” Hakimlər: Konstantin Selin, Murad Abduləhmanzadə Xətt hakimləri: Bayram Laçınov, Dilqəm Qəhrəmanov, Fikrət Axundov, Səməndər Eyvazov 19:00. RABİTƏ – LOKOMOTİV Hakimlər: Eldar Zülfüqarov, Vüqar Cəfərov Xətt hakimləri: Səbuhi Əliyev, Rüstəm Cəfərov, İftixar Abdullayev, Samir Nəbiyev Qeyd edək ki, bütün matçlar Voleybol Mərkəzində keçiriləcək. |
|
Xəbər 1198 dəfə oxundu. |
|
|