“Sabah” penaltilər seriyasında “Partizan”a məğlub olaraq avrokuboklarla vidalaşıb
Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu keçirilib.

Görüşün əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qolları 30-cu dəqiqə Mateus Saldanya və 58-ci dəqiqədə Bibras Natxo vurublar.

Bakıdakı ilk qarşılaşmada "Sabah" rəqibini 2 cavabsız qolla məğlub etdiyindən ümumi hesab bərabərləşib. Bu səbəbdən əlavə vaxt oynanılıb. 116-cı dəqiqədə Kristian Beliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Əlavə vaxtda da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) Belqrad təmsilçisi pley-offa yüksəlib. "Sabah" isə Konfrans Liqasında mübarizəni dayandırıb.

Xəbər 87 dəfə oxundu.