“Partizan” – “Sabah” oyununda ikinci hissə başlayıb
Serbiyada "Partizan" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə start götürüb.

ilk yarıdan sonra meydan sahibləri hesabda öndədirlər - 1:0.

Qarşılaşmada yeganə qolu 30-cu dəqiqədə Mateus Saldanya vurub.

Komandalar meydana aşağıdakı heyətlərlə çıxıblar:

"Partizan": 1. Aleksandar Yovanoviç,2. Arandel Stoykoviç, 3. Mixaylo İliç, 6. Svetozar Markoviç (k), 5. Nikola Antiç, 40. Kristian Beliç, 8. Frank Kanute, 10. Bibras Natço, 7. Severina Xander, 9. Kvinsi Meniq11. Mateus Saldanya

Baş məşqçi: İqor Dulyay

"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 44. Sofian Çakla (k), 7. Boyan Letiç, 15. Kristian da Silva, 10. Aleksey İsayev, 12. Vensan Till, 9. Anatoli Nuriyev, 27. Jarl Marqarita, 18. Davit Volkov

Baş məşqçi: Murad Musayev

Qeyd edək ki, Bakıdakı ilk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Xəbər 84 dəfə oxundu.