Bakıda “Paris-2024”ə ilk lisenziyalar qazanılıb
Bakıda keçirilən atıcılıq üzrə 53-cü Dünya Çempionatının bügünkü birinci yarışında Paris-2024 Yay Olimpiya Oyunlarına ilk lisenziyalar oynanılıb.

Azərbaycan Atıcılıq Federasiyasından məlumata görə, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə kişilər arasında yarış iştirakçılara 4 lisenziya qazandırıb.

Yarışın qızıl medalçısı çinli Boven Janq, bürünc medal sahibi bolqarıstanlı Kiril Kirov ilə yanaşı, finala düşmüş, lakin qaliblər arasında olmayan İsveçrə təmsilçisi Ceyson Solari və Almaniya təmsilçisi Robin Uolter də “Paris-2024”-ə lisenziya əldə ediblər.

Xəbər 98 dəfə oxundu.