Yığmamızın Millətlər Liqasındakı ilk iki oyununun stadionu və başlama saatı bəlli olub | |
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi ilk iki oyunun məkanı və başlama saatları müəyyənləşib. Sentyabrın 22-də Kipr yığmasına qarşı görüş “Dalğa Arena”da, sentyabrın 26-da səfərdə Monteneqro yığmasına qarşı matç isə Podqoritsa şəhərindəki “Ljeskopolje Arena”da təşkil olunacaq. Qeyd edək ki, oyunlar müvafiq olaraq saat 17:00-da və 20:00-da (yerli vaxtla) başlayacaq. |
|
Xəbər 79 dəfə oxundu. |
|
|