AFFA İntizam Komitəsinin qərarları açıqlanıb
AFFA İntizam Komitəsinin iclası keçirilib.

iclasda Azərbaycan Premyer Liqasının II turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasında (2:0) qonaqların hücumçusu Ülvi İsgəndərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, bölgə klubu 2 000 manat cərimə edilib.

“Neftçi” – “Səbail” oyununda (1:1) “dənizçilər” 2-ci hissəyə gec çıxdığına görə 1500 manat ziyana düşüb.

“Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimələnib.

Bundan başqa, qonaq komandanın baş məşqçisinin köməkçisi Elmir Xankişiyev meydançaya kənar əşya atdığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

Həmçinin “Neftçi”nin baş məşqçisi Adrian Mutu “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə klub 500 manat cərimə edilib.

Xəbər 121 dəfə oxundu.