Konfrans Liqası: Azərbaycan klubları bu gün səfərdə cavab oyunlarını keçirəcəklər
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Azərbaycanın turnirdəki təmsilçiləri “Neftçi” və “Sabah” növbəti oyunlarına çıxacaqlar.

Hər iki komanda rəqibi ilə səfərdə üz-üzə gələcək. “Neftçi” Türkiyədə “Beşiktaş”ın qonağı olacaq. Ötən həftə Bakıda 1:3 hesabı ilə məğlub olan “ağ-qaralar”ın İstanbulda bunun əvəzini çıxmaq şansı o qədər də yüksək deyil.

“Sabah” isə öz meydanında iki cavabsız qolla üstələdiyi Serbiya “Partizan”ı ilə Belqradda qarşılaşacaq. Murad Musayevin kollektivi avrokuboklardakı debüt mövsümündə daha bir mərhələ adlamağa yaxındır.

Xəbər 111 dəfə oxundu.