Avropa Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxacaq
"Qarabağ" futbol klubu avqustun 17-də UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Finlandiyada HİK-in qonağı olacaq.

"Bolt Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajod idarə edəcək.

Xatırladaq ki, ilk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.

Xəbər 108 dəfə oxundu.