“Neftçi”dən ayrılan hücumçu Gürcüstan klubuna keçib
Ötən mövsümün sonunda “Neftçi”dən ayrılan Vato Arveladzenin yeni komandası bəlli olub.

Hücumçu “Dinamo” (Tbilisi) klubuna keçib. Məlumatı paytaxt təmsilçisinin rəsmi saytı yayıb.

Müqavilənin müddəti və maliyyə detalları açıqlanmayıb.

Qeyd edək ki, Vato Arveladze “Neftçi”yə ötən ilin yayında transfer olunmuşdu. “Ağ-qaralar”ın heyətində 20 oyun keçirən 25 yaşlı forvard 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 98 dəfə oxundu.