Azərbaycanın iki güləş hakimi I kateqoriyaya yüksəlib
Azərbaycanın iki güləş hakiminin kateqoriyası dəyişib.

Federasiyadan verilən məlumata görə, Bəşir İsazadə və Həbib Nurulu 12-18 iyunda Albaniyanın paytaxtı Tiranada təşkil olunan U-17 Avropa çempionatında nəzəri və praktiki təlimlərdə etimadı doğrultduqları və görüşləri yüksək səviyyədə idarə etdikləri üçün I kateqoriyaya yüksəliblər.

Bununla da bu kateqoriyada yer alan hakimlərimizin sayı 8-ə çatıb.

Qeyd edək ki, güləşdə beynəlxalq dərəcəli hakimlik 4 kateqoriyadan (I-S, I, II, III) ibarətdir.

Xəbər 119 dəfə oxundu.