“Sabah”ın tarixi qolunun müəllifi: Mən “Partizan”a azarkeşlik edəcəyəm
“Sabah” klubu 2017-ci ildə təsis edilib. İş elə gətirdi ki, bu komandanın Premyer Liqadakı ilk qolunu mən vurdum.

Bu sözləri Ukrayna millisinin sabiq üzvü Marko Deviç Serbiyada “Partizan” və “Sabah” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə “Sports Journal” nəşrinə açıqlamasında deyib.

Bakı klubunun Azərbaycan Premyer Liqasındakı ilk qolunun müəllifi olan serb əsilli hücumçu sabahkı matçda Belqrad təmsilçisinə azarkeşlik edəcəyini bildirib: “Mənim üçün futbolun gözəlliyi yox, nəticəsi önəmlidir. “Ağ-qaralar” cavab oyununda rəqibi məğlub etmək istəyirlərsə, məhz bu amilə diqqət yetirməlidirlər. Futbolçuların oyundan sonra xoşbəxt olmaq üçün əla şansları var”.

Onun sözlərinə görə, meydan sahibləri “Sabah”a qarşı ağıllı və müdrik oynamalı, hücum futbolu sərgiləməlidir.

Marko Deviç 2018/2019 mövsümündə, həmçinin 2020-ci ildə “Sabah”ın formasını geyinib.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək “Partizan” – “Sabah” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Xəbər 96 dəfə oxundu.