Cənub bölgəsində yeniyetmə cüdoçular arasında region birinciliyi start götürüb
Avqustun 16-da Masallı Olimpiya İdman Kompleksində 18 yaşa qədər yeniyetmə cüdoçular arasında Cənub bölgəsi üzrə region birinciliyi start götürüb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, yarışda Cənub regionunu təmsil edən 5 komandadan 71 cüdoçu 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Xəbər 98 dəfə oxundu.