Azərbaycan millisi yoldaşlıq oyununda Monteneqronu məğlub edib
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

"Dalğa Arena"da Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:1 hesabı ilə qələbə qazanıb.

Amid Qasımovun dubl etdiyi oyunda millimizin digər qollarını Ömər Kərimov və Hikmət Cəbrayılzadə vurub.

Bu komandalar arasında növbəti oyun avqustun 18-də keçiriləcək.

Xəbər 88 dəfə oxundu.