Muay-tay üzrə Azərbaycan millisinin baş məşqçisi: II MDB Oyunlarında hakimlik çox aşağı səviyyədə idi
Yarış yüksək səviyyədə təşkil olunsa da, hakimlik çox aşağı səviyyədə idi. Heç vaxt ədalət təmsilçilərindən şikayətlənmirəm. Amma bu dəfə idarəçilik ürəkaçan deyildi.

Bu sözləri Belarusun paytaxtı Minskdə keçirilmiş II MDB Oyunlarında 9 medal qazanmış Muay-tay üzrə Azərbaycan milli komandasının baş məşqçisi Azər Həsənsoy Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. Mütəxəssis bildirib ki, məhz hakimlərin kobud səhvi ucbatından 2 idmançı finalda uduzub:

"Bizim üçün bu gözlənilməz oldu. Çünki komandamıza inanırdıq və Vətənə bir neçə qızıl medalla dönəcəyimizi gözləyirdik. Təəssüf ki, alınmadı. Amma yenə də nəticə yüksəkdir. 11 idmançımızdan 9-u medal qazandı".

Xəbər 89 dəfə oxundu.