Sabir Zeynalov Avropa paralimpiya çempionatında bürünc medal qazanıb
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında bürünc medal qazanıb.

58 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 3-cü yer uğrunda qarşılaşmada qalib gələrək fəxri kürsüyə qalxıb.

Xəbər 113 dəfə oxundu.