"Beşiktaş" ingiltərəli futbolçunu transfer edib
Türkiyənin "Beşiktaş" komandası İngiltərənin "Liverpul" klubunun oyunçusu Aleks Oksleyd-Çemberleni heyətinə cəlb edib.

"Qara qartallar" yarımmüdafiəçini azad agent kimi transfer edib.

İngiltərəli futbolçu ikiillik müqavilə imzalayacaq. Onun yeni komandasındakı qazancı isə illik iki milyon avro olacaq.

A.Çemberlen ötən mövsüm "Liverpul"un heyətində 13 oyuna çıxıb və 1 qol vurub. O, daha əvvəl ölkəsində "Sauthempton" və "Arsenal" komandalarının heyətində də meydana çıxıb.

Xəbər 110 dəfə oxundu.