Kriştiano Ronaldonun daha bir rekordu: instaqramda 600 milyon izləyici
Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo öz rekordlarına daha birini əlavə edib.

Futbolçunun instaqram səhifəsindəki izləyicilərinin sayı 600 milyona çatıb. O, instaqramda izləyicilərinin sayı 600 milyona çatan ilk şəxs olub.

Ulduz futbolçu bu səhifədəki hər paylaşımına görə 2,39 milyon dollar qazanır.

İnstaqram sosial şəbəkəsinin dünyada təxminən 1,21 milyard aktiv istifadəçisi var.

Xəbər 77 dəfə oxundu.