Azərbaycan Premyer Liqası: Bu gün “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək
Avqustun 13-də Azərbaycan Premyer Liqasının II turu çərçivəsində “Qarabağ” komandası “Azersun Arena”da “Turan Tovuz”u qəbul edəcək.

Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 18:30-da başlayacaq.

Xatırladaq ki, bu günə nəzərdə tutulmuş digər qarşılaşma - “Sumqayıt”-“Sabah” oyunu təxirə salınıb. Bakı təmsilçisi UEFA Konfrans Liqası çərçivəsində “Partizan” ilə keçirəcəyi cavab görüşünə daha yaxşı hazırlaşmaq üçün Peşəkar Futbol Liqasına (PFL) və “Sumqayıt” klubuna müraciət edərək çempionat matçının başqa vaxta keçirilməsini xahiş edib. “Sabah”ın müraciətini və “Sumqayıt”ın rəsmi razılıq məktubunu əsas götürən PFL oyunu təxirə salıb. Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək.

Premyer Liqanın II turuna avqustun 12-də “Araz-Naxçıvan” – “Qəbələ” oyunu ilə start verilib. “Dalğa Arena”da keçirilən görüşdə Naxçıvan təmsilçisi qalib gəlib – 2:0. Digər oyunda isə “Zirə” ev oyununda “Kəpəz”i minimal hesabla məğlub edib.

Çempionatın II turunun digər oyununda avqustun 14-də “Neftçi” – “Səbail” görüşü keçiriləcək.

Premyer Liqanın birinci turunun görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Araz-Naxçıvan” – “Turan Tovuz” – 0:3;

“Səbail” – “Sumqayıt” – 1:4;

“Qarabağ” – “Zirə” – 0:1;

“Kəpəz” – “Neftçi” – 1:0;

“Sabah” – “Qəbələ” – 5:0.

Xəbər 72 dəfə oxundu.