“Leyptsiq” tarixində ilk dəfə Almaniya Superkubokunun qalibi olub
Almaniya Superkuboku uğrunda "Bavariya" - "RB Leypsiq" matçı başa çatıb.

Qarşılaşmada “Leyptsiq”in 3:0 hesablı qələbə qazanıb. Oyunu Bastian Dankertin başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Hesabı üçüncü dəqiqədə “Leypsiq”in futbolçusu Dani Olmo açıb. O, 44-cü dəqiqədə də dubl edib. 68-ci dəqiqədə Olmo penaltini dəqiq yerinə yetirərək het-trik edib.

Beləliklə, "Leyptsiq" tarixində ilk dəfə Almaniya Superkubokunu qazanıb.

Xəbər 81 dəfə oxundu.