Ronaldo Səudiyyə Ərəbistanında ilk kuboku qazanıb
“Əl-Nasr” Ərəb Çempionlar Kubokunun final oyununda “Əl-Hilal”ı məğlub edib.

Taifdəki Kral Fəhd Beynəlxalq Stadionunda keçirilən görüş əlavə vaxtdan sonra 2:1 hesabı ilə başa çatıb. “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo iki dəfə fərqlənib.

Bununla Ronaldo “Əl-Nəsr” klubunda ilk kuboku qazanıb.

Ümumilikdə Ronaldonun klub səviyyəsində 30 kuboku var.

Ötən mövsüm “Əl-Nəsr” liqanı “Əl-İttihad”dan sonra ikinci yerdə tamamlayıb.

Ronaldonun son Avropa klubu İngiltərənin "Mançester Yunayted"i olub.

Xəbər 99 dəfə oxundu.