“Zirə”dən ayrılan futbolçu Slavik Alxasov “Turan Tovuz”a keçib
“Zirə”dən ayrılan futbolçu Slavik Alxasov “Turan Tovuz”a keçib.

Bu barədə Tovuz təmsilçisi məlumat yayıb.

Bildirilib ki, otuz yaşlı müdafiəçi ilə birillik rəsmi müqavilə bağlanılıb.

Qeyd edək ki, Slavik Alxasov karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə” və “Sabah” klublarının da formasını geyinib.

Xəbər 82 dəfə oxundu.