Elnur Məmmədli: Başa düşürdüm ki, bu mənim həyatımın şansıdır və mən bu şansı əldən verə bilmərəm
İdmana gəlməyimdə ən böyük səbəbkar mənim anam olub.

Bunu 2008-ci il avqustun 11-də Pekin Yay Olimpiya Oyunlarının qalibi olan Elnur Məmmədli Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

1992-ci ildə Nazim Hüseynovun ilk azərbaycanlı olimpiya çempionu kimi adını tarixə yazdırdığını xatırladan 35 yaşlı sabiq cüdoçu əlavə edib: “Mənim də uşaqlıqdan ən böyük arzum idi ki, Azərbaycanın olimpiya çempionu olum. O günü aydın xatırlayıram. Çempion olmağıma o qədər əmin idim ki, bunu həm bizim idmançılara, həm də xarici idmançılara çəkinmədən deyirdim”.

E.Məmmədli bildirib ki, başa düşürdüm ki, bu, mənim həyatımın şansıdır və mən bu şansı əldən verə bilmərəm: “O zaman mən reytinqdə birinci idim. Olimpiya çempionu olmağım mənim həyatımı dəyişdi”.

“Azərbaycanda olimpiya çempionunun sayının çoxalmasının şahidi olmaq və möhtəşəm nailiyyətlərimizlə Prezident İlham Əliyevi qürurlandırmağı çox arzulayıram”, – deyə Elnur Məmmədli bildirib.

Xəbər 129 dəfə oxundu.