“Zirə” daha bir futbolçusu ilə yollarını ayırıb
“Zirə” daha bir futbolçusu ilə yollarını ayırıb.

Müdafiəçi Slavik Alxasov paytaxt təmsilçisini tərk edib.

Otuz yaşlı cinah oyunçusu ilə 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Slavik Alxasov 2022/2023 mövsümündə Premyer Liqada 20 oyun keçirib.

Xəbər 101 dəfə oxundu.