On yeddi yaşadək futbolçulardan ibarət millimiz Monteneqro ilə yoxlama görüşləri keçirəcək
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Monteneqro ilə yoxlama görüşləri keçirəcək.

Oyunların tarixi və yeri də artıq bəllidir.

Bakıda təlim-məq toplanışına başlayan U-17 monteneqrolu həmyaşıdları ilə avqustun 15-də və 18-də üz-üzə gələcək.

Hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək və saat 18:30-da başlayacaq.

Xəbər 109 dəfə oxundu.