“Neftçi” və “Beşiktaş” komandalarının start heyətləri məlum olub
Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində qarşılaşacaq “Neftçi” və “Beşiktaş” komandalarının start heyətləri məlum olub.

“Ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu start heyətdə İvan Brkiç, Mark Tamaş, Yuri Matias, İsmayıl Zülfüqarlı, Azər Salahlı, Ataa Caber, Fərid Yusifli, Emin Mahmudov, Kenni Sayef, Kilan Lebon və Andre Şinyaşikiyə şans verib.

Baş məşqçisi Şenol Günəşin komandasının ilk “11-liyi”ndə isə Mert Günok, Omar Kolli, Daniel Emerti, Umut Meraş, Valentin Rosye, Amir Haciahmetoviç, Gedson Fernandeş, Salih Uçan, Cekson Muleka, Onur Bulut və Vensan Abubakar yer alacaq.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da keçiriləcək matç saat 21:00-da başlayacaq.

Görüşü isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

Xəbər 99 dəfə oxundu.