UEFA Avropa Liqası: “Qarabağ” - “HİK” qarşılaşması başlayıb
Ağdamın “Qarabağ” klubu avqustun 10-da UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın “HİK” komandası ilə qarşılaşır.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə ağdamlıların start heyətində Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Tural Bayramov, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir, Redon Cica yer alıblar.

“HİK”in start heyətində isə meydana Yesse Öst, Yoona Toyvio, Boyan Raduloviç, Lukas Linqman, Miro Tenho, Topi Keskinen, Yukka Raytala, Püri Soyri, Georgios Kanellopulos, Kevin Kuassivi-Benissan və Atomu Tanaka çıxıblar.

Xəbər 78 dəfə oxundu.