UEFA Konfrans Liqası: “Sabah” və “Partizan” komandalarının start heyətləri açıqlanıb
UEFA Konfrans Liqası çərçivəsində üz-üzə gələcək “Sabah” və “Partizan” komandalarının start heyətləri açıqlanıb.

“Sabah”ın baş məşqçisi Murad Musayev start heyətdə Yusif İmanov, Amin Seydiyev, Boyan Letiç, Anatoli Nuriyev, Aleksey İsayev, Vinsent Till, Kristian da Silva, Emmanuel Apeh, Maruan Hadudi, Jarl Marqarita, Sofian Çaka şans verib.

Qonaq komandanın ilk “11-liyi”ndə isə meydana Aleksandr Yovanoviç, Mixaylo İliç, Nikola Antiç, Svetozar Markoviç, Severina Xander, Frank Elimane Kanute, Kuinsi Meniq, Matheus Saldanya, Aldo Kalulu, Aleksandr Filipoviç və Kristian Beliç çıxacaqlar.

“Sabah”-“Partizan” qarşılaşması saat 20:00-da “Bank Respublika Arena”da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasında mübarizə aparan digər təmsilçimiz “Neftçi” isə Bakıda Türkiyə nəhəngi “Beşiktaş”ı sınağa çəkəcək. “Neftçi Arena”da oynanılacaq görüş saat 21:00-da başlayacaq.

Xəbər 94 dəfə oxundu.